Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının başçısı Artur Vanetsyanın köməkçisi Aram Qriqoryan ermənilərə separatçı rejimə dəstək mitinqinə gəlmələri üçün rüşvət verir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb. Xatırladaq ki, Artur Vanetsyan Ermənistan müxalifətinin aprelin 25-dən hökumətə qarşı aktiv etiraz aksiyalarına başlayacağını elan edib. “Nikol və onun komandası Ermənistanın maraqlarına zidd hərəkət etdilər. Xalq deyir ki, Azərbaycana hər hansı güzəştdən söhbət gedə bilməz. Bu, siyasi aksiya deyil, vətəndaş mübarizəsidir”, - deyə o bildirib. Ancaq insanlara mitinqə gəlmələri üçün rüşvət verilməsi ilə bağlı bu kadrlar göstərir ki, müxalifətçinin dedikləri pafosdan başqa bir şey deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man