Mühafizəçinin başını yarıb pencəyini aldı - FOTO

23 Aprel 2022 | 16:16
OXUNUB: 1269

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirib.  Amma o, quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib və mühafizəçinin pencəyini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib. A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Asəf Ocaqov

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man