Avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi artıb

Gündəm 23 Aprel 2022 | 14:41
OXUNUB: 1115

2022-ci ilin birinci rübündə Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NSMMİS) üzrə yığımlar 4,2% artaraq 21,705 milyon manata yüksəlib.

Avtosfer.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 20,825 milyon manat təşkil edib.  Hesabat dövründə sığorta şirkətlərinin bu növ üzrə ödənişləri 37,2% artaraq 20,291 milyon manata bərabər olub. Halbuki, 2021-ci ilin eyni dövründə NSMMİS üzrə ödənişlərin ümumi həcmi 14,790 milyon manat təşkil etmişdi. Nəticədə, avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi xeyli artıb. Belə ki, ötən ilin ilk üç ayında toplanan hər 100 manatın 71 manatı ödənişə yönəldilmişdirsə, 2022-ci ilin yanvar-mart ayında bu rəqəm 93 manatdan çox olub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man