Bakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Metropolitendən Avtosfer.az-a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb. Daha sonra qatar xəttdən çıxarılıb. Yaranan vəziyyətlə bağlı xəttə 12 dəqiqəyə yaxın yubanma yaranıb. Bakı Metropolitendən bildirilib ki, ümumilikdə qatarlararası interval qorunub saxlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man