“3 aydır Ədliyyə Nazirliyi məni get-gələ salıb” - Şəhid atası

Gündəm 23 Aprel 2022 | 12:15
OXUNUB: 751

Vətən Müharibəsində şəhid olan Muxtar Qasımlının atası Əli Qasımlı oğlunun adına İctimai Birlik yaratmaq istəsə də, uzun müddətdir, buna nail ola bilmir.

“Qafqazinfo”ya müraciət edən şəhid atası 3 aydan çoxdur ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyini, lakin işinə baxılmadığını deyir: “Ötən ilin dekabrında lazım olan sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət etdim. Məni nazirliyin nəzdindəki Qeydiyyat və Notariat Baş İdarəsinə yönləndirdilər ki, bu müraciətlərə orada baxılır. Lakin həmin idarə də məni get-gələ salıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ortada nəticə yoxdur”.

Ə.Qasımlının sözlərinə görə, yaratmaq istədiyi təşkilatın adı “Muxtar gənc qazilər və şəhid ailələri İctimai Birliyidir: “Əslində birlik 3 aydır yaranıb, təsisçi də özüməm. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmasını xahiş edirəm. Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam. Yenə də cavab ala bilməmişəm. İdarəyə dedim ki, heç olmasa mənə bir rəsmi sənəd verin və əsaslandırın ki, bu birliyi qeydiyyatdan keçirmirik. Suraxanı rayonunun deputatı Etibar Əliyev öz adından ədliyyə naziri Fikrət Məmmədova kömək göstərməsi üçün məktub yazdı. Hələ ki, cavab yoxdur, gözləyirik”.

Həmçinin oxuyun: “Muxtardan sonra heç vaxt həmin yeməyi bişirmədim...”

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qeydiyyat və Notariat Baş İdarəsindən “Qafqazinfo”ya verilən cavab belə oldu: “Ərizə baxılması üçün daxil olub, cavab müraciət edənin ünvanına göndərilib”.

Dəqiqləşdirmə aparmaq məqsədilə yenidən şəhid atası ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı ünvanına hər hansı cavab göndərilmədiyini bildirdi.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Muxtar Qasımlı idmançı kimi tanınıb və fitnes üzrə Azərbaycan çempionluğunu qazanıb. 2020-ci il oktyabrın 2-də Füzulidə əsgər yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man