II Yekaterina ilə bağlanmış müqavilənin ƏSAS BƏNDİ – Türkiyə Krımı hansı halda geri istəyə bilər?

14 Mart 2022 | 14:36
OXUNUB: 4384
Türkiyə tarixində son dərəcə əhəmiyyətli bir mövqeyə sahib olan Krım yarımadası son illərdə siyasi böhranların mərkəzinə çevrilib. Ukrayna böhranının ehtimal edilən mümkün nəticələrindən biri kimi ölkənin həqiqətən parçalanacağı təqdirdə Türkiyənin Krıma iddia edəcəyi iddiaları gündəmə gəlib.
 
Bu isə təsadüfi deyil. Türkiyədə bəziləri hələ də hesab edir ki, Krım əzəli türk torpağıdır və ilk fürsətdə bu məsələni həll etmək vacibdir. Bu iddialar nə dərəcədə əsaslıdır? Krım tarixən kimə məxsus olub?
 
Sfera.az Gundem.az-a istinadən Krım yarımadasının tarixindən bəhs edən araşdırma yazısını təqdim edir:

Beləliklə...

Türkiyəyə məsafəcə də yaxın olan Krım yarımadası Qara dənizin şimalında, Ukraynanın isə cənubunda yerləşir. Muxtar dövlət olan Krım bölgəsi son vaxtlar Ukrayna və Rusiya arasında da mübahisəyə səbəb olmuşdur. Dənizə çıxış yolu olduğu üçün mühüm liman sayılan Krım tarixboyu regionun böyük dövlətlərinin maraq dairəsində olub. 

Krımı tarixən kimlər idarə edib?

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Yarımada e. ə. VII əsrdə  kimmerlər, kimmerlərdən sonra skiflər tərəfindən idarə edilib. E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını yaradıb. Sonralar burada ellini Bosporus dövləti əmələ gəldi. Dövlət Roma imperiyasının tabeliyində idi. Eramızın III əsrində qotlar Krım üzərindəki skif hakimiyyətinə son qoyurlar. VI əsrdə yarımada Bizans tərəfindən işğal olunur. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev rusları, bizanslılar, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal ediblər.

Qıpçaq türklərinin 11-ci əsrdə İslam dinini qəbul etmələri sonrakı əsrlərdə Krım ilə Anadolu arasında yüzillərlə davam edəcək güclü bir bağın qurulması ilə nəticələnib.

Krım Osmanlı dövlətinin nəzarətində

Yarımadada Qıpçaq hakimiyyəti 13-cü əsrin ortalarına qədər davam edib. Bu dövrdən başlayaraq bölgədə Çingiz Xanın törəmələrinin qurduğu başqa bir türk dövlətinin – Qızıl Ordanın əsası qoyulub. Onların hakimiyyəti təqribən 100 il sürüb.

1441-ci ildə Hacı Gəray Xan tərəfindən əsası qoyulan Krım Xanlığı 1475-ci ildən Osmanlı Dövlətinin nəzarətində mövcudluğunu davam etdirib. 
1769-1774-cü illərdə Rusiya və Osmanlı arasında baş vermiş müharibənin nəticəsində bağlanmış Kiçik Qaynarca müqaviləsinə görə isə Krım, Osmanlı himayəsindən çıxdı və tam müstəqil oldu. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanındı.

II Yekaterina Krımı Rusiyaya birləşdirir

Sözdə müstəqil elan edilən Krım xanlığı, rus diplomatlarının intriqası ilə baş verən daxili müharibə səbəbilə gücdən düşüb və ardınca 1783-cü ildə, II Yekaterinanın hakimiyyəti zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə rəsmiləşdirməyə məcbur olub.

Krımın ruslaşdırılması...

İlhaqdan sonra Rusiya öz imperialist siyasətinə sadiq qalaraq məskunlaşdırma və köçürmə siyasətini burada da tətbiq etməyə başlayıb. Rusiya Krımı ruslaşdırmağa başlayıb və çox sayda rus ailələri – bu gün Ukraynanın şərqində Rusiya bayraqlarını binalar üzərinə qaldıranların və rus ordusunu köməyə çağıranların əcdadları - yarımadaya köçürülüb. Tatarlar isə əksinə, siyasi və iqtisadi təzyiqlərə tab gətirməyərək, toplu halda Osmanlıya üz tuturlar.
Sovet İmperiyasının qurulması ilə Krımda tatarlara münasibətdə bir tərəfdən etnik diskriminasiya, digər tərəfdən 1944-cü ildə Stalinin birbaşa qərarı ilə kütləvi deportasiya siyasəti həyata keçirilib. Tatarlardan boşalan yerlərə isə elə həmin ildən başlayaraq ruslar və ukraynalılar planlı və sistematik şəkildə yerləşdiriliblər.

Krım Ukraynaya necə verilib?

Tatarların deportasiyasının ardından 1946-cı ildə Krım Muxtar Sovet Sosialist Respublikası da ləğv edilir və bir vilayət olaraq Rusiya Sovet Sosialist Respublikasına birləşdirilir. 1954-cü ildə Ukraynanın "Rusiyaya birləşdirilməsinin” 300 illiyi münasibəti ilə isə Krım vilayəti Ukrayna SSRİ-nin tərkibinə verilir. Bu "hədiyyə” 1991-ci ildə Sovet İmperiyasının dağılmasından sonra iki dövlət arasında əsl problemə çevrilib. Krım Ukraynanı tərkibində muxtariyyət statusu əldə edib. 2014-cü ilin martında Rusiya Silahlı Qüvvələri Krımı ələ keçirib.

Bu prosesdən sonra Krımın Rusiyaya birləşdirilməsi üçün referendum keçirilib və bu referendumda Krımın Rusiyanın tərkibinə daxil olması qərarı verilib. Ancaq Birləşmiş Millətlər Təşkilatına üzv olan bir neçə dövlət və Rusiya istisna olmaqla, bu referendum və sonrakı ilhaq bir çox ölkələr üçün qeyri-qanuni idi. Ona görə də Ukrayna və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən, Krım hələ də Ukraynadan asılı olan muxtar respublikadır.
Müqavilənin əsas bəndi - Türkiyə Krımı bu halda geri ala bilər!

Rus çarı II Yekaterinanın 19 aprel 1783-cü ildə Rusiya və Osmanlı arasında imzaladığı və hələ də qüvvədə olan Kiçik Qaynarca müqaviləsinə əsasən, Krım yarımadası Osmanlı protektoratından alınaraq Rusiyaya verilib. Lakin müqavilənin ən mühüm maddələrindən birində yarımadanın müstəqilliyini elan edə bilməyəcəyini və üçüncü tərəfə verilə bilməyəcəyi yazılıb. Əgər belə bir addım atılsa, Krım avtomatik olaraq Osmanlının (yəni indiki Türkiyənin) himayəsinə keçməli idi.

1991-ci ildə SSRİ dağılanda və əvəzində müstəqil Ukrayna dövləti yarananda Türkiyə Kiçik Qaynarca müqaviləsini əsas gətirərək yarımadanın geri qaytarılmasını tələb etmək hüququ qazandı.

Lakin Turqut Özal dövründə Türkiyənin şimalında baş verən geosiyasi dəyişiklik nəzərə alınaraq bu variant Ankara tərəfindən gündəmə gətirilmədi. Türkiyə sadəcə olaraq, Krım yarımadasında yaşayan tatar azlığa hüquqlarının verilməsini müdafiə etməklə kifayətləndi.

Bu gün Krım yarımadası Ukraynadan ayrılıb yenidən Rusiyaya qoşulmaq istəsə, ilk növbədə Kiyevdən ayrılaraq müstəqilliyini elan etməlidir. Məhz bu məqamda beynəlxalq hüququn bütün qaydalarına görə Türkiyə yenidən Krıma ərazi iddiası qaldıra bilər.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man