Biləsuvarın Xırmandalı kəndinə içməli su xətti çəkilir - FOTO

22 Aprel 2022 | 20:18
OXUNUB: 1434

Biləsuvar rayonunun Xırmandalı kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni su xətti çəkilir.

Avtosfer.az-ın məlumatına görə, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində əhalini narahat edən problemlərdən biri də içməli su ilə bağlı olub. 10 000-dən artıq əhalisi olan kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” layihə hazırlayıb. Layihə çərçivəsində kənddə 13 kilometr uzunluğunda müxtəlif diametrli borularla su xətlərinin çəkilməsi nəzərdə tutulur. Yeni şəbəkənin əhatə etdiyi ərazidə əhalinin ümumi istifadəsi üçün 120 ədəd bulaq quraşdırılacaq. Hazırda 8 km uzunluğunda su xətti çəkilib və işlər sürətlə davam etdirilir. Qeyd edək ki,“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ötən il Xırmandalı kəndinin müəyyən bir hissəsini əhatə edən içməli su layihəsi həyata keçirilib. Həmin layihə çərçivəsində kənddə 9,5 kilometr su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 52 ədəd bulaq quraşdırılıb. Bu layihə Xırmandalı kəndinin bir hissəsini əhatə edib və layihədən 4 000-ə qədər sakin faydalanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man