Biləsuvar rayonunun Xırmandalı kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni su xətti çəkilir.
Avtosfer.az-ın məlumatına görə, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində əhalini narahat edən problemlərdən biri də içməli su ilə bağlı olub. 10 000-dən artıq əhalisi olan kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” layihə hazırlayıb. Layihə çərçivəsində kənddə 13 kilometr uzunluğunda müxtəlif diametrli borularla su xətlərinin çəkilməsi nəzərdə tutulur. Yeni şəbəkənin əhatə etdiyi ərazidə əhalinin ümumi istifadəsi üçün 120 ədəd bulaq quraşdırılacaq. Hazırda 8 km uzunluğunda su xətti çəkilib və işlər sürətlə davam etdirilir. Qeyd edək ki,“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ötən il Xırmandalı kəndinin müəyyən bir hissəsini əhatə edən içməli su layihəsi həyata keçirilib. Həmin layihə çərçivəsində kənddə 9,5 kilometr su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 52 ədəd bulaq quraşdırılıb. Bu layihə Xırmandalı kəndinin bir hissəsini əhatə edib və layihədən 4 000-ə qədər sakin faydalanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man