Azərbaycanın təyyarə ilə sərnişin daşınmalarından gəlirləri KƏSKİN ARTIB

22 Aprel 2022 | 15:29
OXUNUB: 836

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmalarından 635 109,8 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 85% çoxdur.

Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 343 383,1 min manat təşkil edib.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə beynəlxalq əlaqədə sərnişin daşınmalarından 603 029,1 min gəlir əldə edilib ki, bu da 82,6% artım deməkdir. Daxili əlaqədə sərnişin daşınmalardan əldə edilən gəlir 32 080,7 min manat olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 145,9% çoxdur.

Qeyd etmək lazımdır ki, ötən il ölkədə hava nəqliyyatı ilə yük daşınmalarından 3 240 291,2 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 20,4% çoxdur. 2020-ci ildə bu göstərici 2 691 846,3 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə beynəlxalq əlaqədə yük daşınmalarından 3 239 742,4 min gəlir əldə edilib ki, bu da 20,4% artım deməkdir. Daxili əlaqədə yük daşınmalardan əldə edilən gəlir 548,8 min manat olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 144,5% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1 132,4 min və ya illik müqayisədə 96% çox sərnişin daşınıb. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 21,3% artaraq 556,6 min ton olub. (Apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man