Fransa prokurorluğu "Nissan"ın keçmiş rəhbərini beynəlxalq axtarışa verib

22 Aprel 2022 | 13:49
OXUNUB: 543

Fransa prokurorluğu "Renault-Nissan-Mitsubishi" avtomobil konserninin keçmiş rəhbəri Karlos Qonun beynəlxalq axtarışını elan edib.

Avtosfer.az-ın məlumatına görə, o, "vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması"nda ittiham olunur.

Fransa mətbuatı bildirir ki, söhbət 15 milyon avroya yaxın vəsaitlə bağlı şübhəli əməliyyatlardan gedir.

Qeyd edək ki, Fransa, Braziliya və Livan vətəndaşlığı olan Karlos Qon 2018-ci ilin noyabrında Yaponiyada həbs olunmuşdu. O, 80 milyon dollardan çox məbləği maliyyə bəyannaməsindən gizlətməkdə təqsirli bilinmişdi.

2019-cu ilin aprelində ev həbsinə buraxılan "Nissan"ın sabiq rəhbəri Yaponiyanı qeyri-leqal şəkildə tərk edərək Livana qaçmışdı.

Trend

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man