"AvtoVAZ"ın satışları kəskin azalıb

22 Aprel 2022 | 11:29
OXUNUB: 860

“AvtoVAZ”ın həm Rusiya bazarı, həm də ixracı daxil olmaqla qlobal satışları 2022-ci ilin birinci rübündə 33,1% azalaraq 60,6 min avtomobil təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Volqa Avtomobil Zavodunun əsas səhmdarı olan “Renault” şirkətlər qrupu məlumat yayıb.
Avropa Biznes Assosiasiyasının məlumatına görə, yanvar-mart aylarında Rusiyada bu istehsalçının 52,7 min avtomobili satılıb (keçən illə müqayisədə 37% az).
Bununla da, birinci rübdə “Lada”nın ixrac satışları demək olar ki, 7,9 min ədəd təşkil edib. Eyni zamanda, “Renault” avtomobil qrupunun “AvtoVAZ”da iştirakdan rüb üzrə əldə etdiyi gəlir illik müqayisədə 23,1% azalaraq 527 mln. avroya enib.
Həmçinin, cari ilin ilk üç ayı ərzində qrupun ümumi gəliri illik ifadədə 2,7% azalaraq 9,748 mlrd. avro təşkil edib.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man