Ötən il Azərbaycanda metro nəqliyyatı ilə (Bakı metropoliteni – red.) sərnişin daşınmasından 26 154,4 min manat gəlir əldə edilib, bu da illik müqayisədə 21% çoxdur.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 21 623,1 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 232,4 min olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8 çoxdur.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərinin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man