Gözlənilməyən debüt - "Deus Vayyane"

21 Aprel 2022 | 16:29
OXUNUB: 801

Nyu York avtosalonu da sürprizsiz ötüşməyib - bu sərgidə Avstriyanın Deus Automobiles şirkəti debüt edib. Şirkət 2020-ci ildə yaradılıb və müəyyən sənaye konsernləri ilə bağlıdır. Əsas personaj isə, həm Deus avtomobillərinin görünüşünə, həm də şirkətin idarə olunmasına cavabdeh olan rumıniyalı dizayner Ədrian-Filip Butukadır. Markanın ilk modeli Avstriyanın paytaxtı Vyana şəhərinin adını daşıyır: bu, Nyu Yorkda debüt edən Deus Vayanne hiperkarıdır.

Bu hiperkar nə tizerlər dəstindən, nə də ki, tələsik yığılmış maketdən ibarət deyil: sərgiyə tamölçülü işlək prototip gətirilib. Onun hazırlanmasında Italdesign dizayn studiyası və Williams Advanced Engineering mühəndislik bürosu iştirak edib.

Hiperkarın kuzovu alüminium və kompozit materiallardan hazırlanıb, salonda isə ekranlardan başqa, çoxlu aparat düymələri və tutacaqlar var: bu, sürücünün idarəetmədən daha az yayınması təmin etmək üçün tərtibatçıların qəbul etdiyi fundamental qərardır.

Vayanne modelinin tarixdəki ən güclü elektrik hiperkarı olduğu iddia edilir. Hiperkarın güc qurğusunun hasilatı 2200 at qüvvəsi və 2000 Nm fırlanma anının üzərindədir! Güc baxımından Avstriya hiperkarı həqiqətən də Pininfarina Battista (1900 at qüvvəsi), Rimac Nevera (1914 at qüvvəsi) və Lotus Evija (2000 at qüvvəsi) modelləri ilə rəqabət aparacaqdır.

Bununla belə, fırlanma anına görə, Deus hiperkarı ilk iki hiperkardan (müvafiq olaraq, 2300 və 2360 Nm) geri qalır. Lakin Deus hələlik nə mühərriklərin sayı, nə transmissiya, nə də dartma batareyasının tutumu barədə məlumat verməyib.

Boş çəkisi 1810 kiloqram olan Deus Vayanne modelinin 400 km/saatdan çox sürət yığa biləcəyi, 100 km/saata sürətlənməyə 1,99 saniyədən az vaxt sərf edəcəyi və dolu batareya ilə yürüş məsafəsinin 500 kilometr olacağı vəd olunub.

Yaradıcıları hiperkarın elektrik sisteminin asanlıqla sedan və ya krossoverlər üçün uyğunlaşdırıla biləcəyini və batareyasının dəstəklədiyi maksimum tutumun 160 kilovat/saat təşkil edəcəyini bildiriblər.

Deus hiperkarlarına sifarişlər artıq qəbul olunur, lakin onun müştərilərə çatdırılmalarına yalnız 2025-ci ildə başlanacağı bildirilib. Hiperkarın tirajı 99 avtomobil ilə məhdudlaşdırılıb. Satış qiyməti hələlik açıqlanmayıb.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man