Ukrayna qeyri-aktiv döyüş təyyarələrini yenidən havaya qaldırır

21 Aprel 2022 | 19:00
OXUNUB: 1300

ABŞ Ukrayna Hərbi Hava Qüvvələrinin qeyri-aktiv döyüş təyyarələri üçün ehtiyat hissələr təmin etdiyini açıqlayıb. Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.

O, ABŞ-ın Ukraynaya “qırıcı təyyarələr” və “döyüş təyyarələrinin ehtiyat hissələri”ni göndərdiyini bildirib. ABŞ-ın Ukraynaya birbaşa döyüş təyyarələri tədarükü üçün hələ də yaşıl işıq yandırmadığı üçün Kirbinin sözləri çaşqınlıqla qarşılanıb.

Kirbi daha sonra sözlərinə aydınlıq gətirib və qeyd edib ki, Ukraynaya döyüş təyyarələri göndərilməyib və onlar Ukraynanın qeyri-aktiv döyüş təyyarələrinin Avropa ölkələrindən gətirilən ehtiyat hissələri ilə yenidən havaya qaldırılmasına töhfə veriblər.

Eynilə, Ukrayna tərəfi heç bir xarici ölkədən döyüş təyyarəsi almadığını vurğulayıb. Ukraynanın inventarında olan, lakin işlək vəziyyətdə olmayan bəzi döyüş təyyarələri ehtiyat hissələrinin tədarükü sayəsində yenidən işə salınıb.

Amerikanın yüksək rütbəli müdafiə rəsmisinin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 20-yə qədər döyüş təyyarəsi ehtiyat hissələrinin tədarükü sayəsində xidmətə qayıdır. Bu məlumatlar Ukrayna üçün çox ciddi güc multiplikator olacaq, çünki Rusiya Ukraynaya qarşı işğal cəhdinə başlayanda aktiv Ukrayna döyüş təyyarələrinin sayı cəmi 80-ə yaxın idi (təxminən 50 MiQ-29 və 32 Su-27).

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man