“Qəbələ - sağlam mühit” İctimai Birliyi agentliyin dəstəyilə həyata keçirdiyi layihənin icrasını başa çatdırıb - FOTO

21 Aprel 2022 | 14:22
OXUNUB: 208

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ - sağlam mühit” İctimai Birliyininhəyata keçirdiyi “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsində nəzərdə tutulan maarifləndirici tədbirlər başa çatdı. Tədbirlər aprelin 13-ü N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə və Etibar Babayev adına Qax şəhər 4 №li tam orta məktəbdə, aprelin 14-ü Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəbdə vəZaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, aprelin 15-i Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdəvə Balakən rayon Səməd Vurğun adına Qullar 1 saylı kənd tam orta məktəbdə keçirildi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şərati yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən ictimai birliyin icraçı direktoru layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspertə verdi. Təlimçi qeyd etdi ki, aparılmış təhlillər göstərir ki, respublikamızda, mərkəz və regionlar üzrə ekoloji vəziyyət hələ də qənaətbəxş deyildir. Məsələn, əsas sərvətlərimizdən olan neft-qaz məhsulları sovet dövründən intensiv çıxarılsa da, lakin təbiətin mühafizəsini təmin edən tədbirlər görülməmiş, ona görə Abşeron yarımasında keçmiş neft quyuları olan yerlər və neft sularının tullantıları torpağı yararsız vəziyyətə salmışdır.Bundan əlavə Xəzər dənizinin səviyyəsinin artması bir böyük ekoloji problemə çevrilmişdir, su hövzəsinin çirklənməsi məsələsi də həllini gözləyən problemlərdən biridir.
Bitki və ağac örtüyünə gəldikdə isə, Azərbaycanda xüsusən, Şəki-Zaqatala regionunda çox qiymətli ağac növləri bitir, çox zaman buna əhəmiyyət verilmir və qış aylarında ucqar kəndlərdə belə ağaclardan odun kimi istifadə olunur, bu da yol verilməzdir. Məsələn, Abşeron yarımadasında səhralaşma prosesi müşahidə olunur. Bunların səbəbləri: əhalinin sıxlığı, ağacların kəsilməsi, bitki örtüyünün deqradasiyası, neft hasilatı, emalı və nəqli ilə əlaqədar torpağın çirklənməsi, ölkə sənayesinin əsasən Abşeron yarımadasında yerləşdirilməsi.
Daha sonra təlimçi şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, flayerlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man