QHT layihənin icrasını başa çatdırıb - FOTO

21 Aprel 2022 | 12:32
OXUNUB: 178

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyininhəyata keçirdiyi “Şəki-Zaqatala regionunda yerləşən qoruq-muzeylər və onların milli mənəvi dəyərlər sistemində rolu” layihəsində nəzərdə tutulan maarifləndirici tədbirlər başa çatdı. Tədbirlər aprelin 13-ü N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə, aprelin 14-ü Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəbdə və aprelin 15-i Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirildi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şərati yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən layihə rəhbəri Gülnar Qədirova layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspertə verdi. Təlimçi də öz növbəsində şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man