Aprelin 6-sı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi tərəfindən “Maariflənək və insan alverinin qurbanı olmayaq!” adlı layihə çərçivəsində Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb və Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbində, aprelin 7-si Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial – İqtisadi Kollecində,aprelin 8-də isə Ağstafa şəhər A.Abdullayev adına 2 №li tam orta məktəb və Ağstafa şəhər Ə.Hüseynov adına 1 №li tam orta məktəbdə seminarlar keçirilib. Məktəb şagirdləri üçün keçirilən seminarlardarayon icra hakimiyyətlərinin nümayəndələri,məktəb direktorları, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə və müəllim kollektivi də iştirak ediblər.
İlk öncə layihə rəhbəri tədbir iştirakçılarını salamlayır və onlara bu görüşləri təşkil edən hər bir kəsə öz təşəkkürünü bildirir. Seymur Əzəmmədov bildirib ki, insan alveri cinayətlərindən hər il dünyada 32 milyard dollar gəlir əldə edilir. Problem yaradan məsələlərdən biri də odur ki, bu cinayətlər ölkələrin qanunvericiliyinə görə, fahişəlik, qaçaqmalçılıq, iqtisadi cinayətkarlıq, saxtakarlıq adları altında aparılır. Bu isə insan alveri sahəsində qurbanları aşkar edib onlara yardım göstərilməsinə mane olur. İnsan alveri həmişə transmilli formada baş vermir. Bu, adicə ev qulluğu sahəsində məcburi əməyə cəlbetmə formasında da baş verir. Ona görə də insan alveri məsələsi çox geniş müzakirə olunmalıdır. Daha sonra layihə rəhbəri məktəblilərə daha geniş məlumat verməsi üçün sözü təlimçiyə verdi. Təlimçi də öz növbəsində layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi.
Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində hazırlanmış buklet, flayer, dəftərxana ləvazimatları və üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və “Sosial İnkişafda Yeni Mərhələ” ictimai birliyin loqosu olan papaq və köynəklər paylandı.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man