Paytaxtda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, Nərimanov rayonu Ağa Neymətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrində yağış lyuklarının qapaqları çıxarılıb. Bu isə sürücü və piyadalar üçün təhlükəli vəziyyət yaradır. Qapaqların kim tərəfindən çıxarıldığı bəlli deyil. Xatırladaq ki, əvvəllər də paytaxt ərazisində yağış lyuklarını oğurlayıb satan şəxslər aşkarlanmışdı.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man