İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı: 2800 AZN maaş - FOTO - VİDEO

Gündəm 21 Aprel 2022 | 14:09
OXUNUB: 1001

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi fəaliyyət göstərir.

Avtosfer.az xəbər verir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən məşğulluq altsisteminə daxil olaraq işsiz və işaxtaran kimi qeydiyyatdan keçə bilərlər.

Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlərin sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilib.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, məşğulluq altsistemində bank sistemi yaradılıb:

“Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər”.

Hazırda məşğulluq altsistemindəki vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Baku.ws-in təqdim etdiyi vakansiyalar üzrə əməkhaqqı 400 manatdan 2800 manatadək dəyişir.

İşaxtaranlar məşğulluq altsisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.

Baku.ws

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man