Biri darvazanın altında qaldı, digəri TIR-dan yıxıldı: Bakıda güclü külək fəsadları - YENİLƏNİB

Gündəm 21 Aprel 2022 | 14:58
OXUNUB: 2321

Bakıda əsən güclü külək səbəbindən xəsarət alan iki nəfər (kişi) təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Onun diaqnozu ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini 1962-ci il təvəllüdlü şəxs TIR sürücüsüdür. Özünün dediyinə görə, TIR-ın qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsinə davam edilir.

***

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Avtosfer.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man