Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenilənərək istifadəyə verilib. Həmçinin, zərurət olan yerlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında yeni xəbərdaredici nişanlar qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man