Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi

20 Aprel 2022 | 16:49
OXUNUB: 877

Oğurluq və narkotik saxlama ittihamı ilə həbs edilən şəxsin 1 il məhbus həyatı yaşadıqdan sonra təqsirsiz olduğu ortaya çıxıb.

Avtosfer.az-ın Kriminalqafqaz-a istinadən məlumatına görə, Bakı sakini Zaur Qarayev 2021-ci ilin martında saxlanılıb. Bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib və zaldan azadlığa buraxılıb.

Belə ki, ittihamda Z.Qarayevin avtobusda qadın sərnişinə məxsus 762 manat pulu oğurlaması və satış məqsədilə külli miqdarda narkotik saxlaması göstərilib. İddia olunub ki, Xətai rayonu, 35-ci polis bölməsində onun üzərindən 12 qrama yaxın heroin çıxıb.

Z.Qarayev isə məhkəmədə bildirib ki, ümumiyyətlə, narkotikin heç bir növünü tanımır: “Ali təhsilliyəm və evin tək oğluyam. Anamla birlikdə yaşayırıq. Cinayət işinin materiallarında martın 16-da küçədə saxlanıldığım yazılsa da, martın 15-də polislər məni evdən götürüb apardılar. İki nəfər mülki, üç nəfər polis formasında idi. Məni 35-ci bölmənin rəis müavininin otağına apardılar. Orada mənə oğurluqla məşğul olduğum deyildi. Cinayəti üzərimə götürmək üçün işgəncələrə məruz qaldım”.

Məhkəmədə dindirilən 35-ci polis bölməsinin əməkdaşları isə Qarayevin dediklərini təkzib ediblər. Onlar bildiriblər ki, bu şəxsin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat alıblar, əməliyyat keçirib, binanın qarşısında onu saxlayıblar. O, işgəncəyə məruz qalmadan, könüllü şəkildə cibindəki narkotiki təqdim edib. Deyib ki, tanımadığı şəxsdən 350 manata alıb.

Zaurun anası məhkəmədə deyib ki, bölmədə Vüqar adlı polis ona nömrəsini verib: “Demişdi ki, oğlun buraxılacaq, anlaşılmazlıq olub. Dedi portmanatı oğurlanan qadına dəymiş ziyan ödənilsə, oğlun buraxıla bilər. Bilirdim ki, bu işin oğluma aidiyyəti yoxdur, amma yenə də 760 manatın əvəzinə 800 manat ödədim. Məni aldatdılar. Oğlum FHN-də hərbi xidmət keçib, Rabitə Nazirliyində işləyib”.

Məhkəmə baxışında məlum olub ki, istintaq zamanı təqdim olunan videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər var. Zaur Qarayevin oğurluq və narkotik saxlama əməlləri sübuta yetirilməyib. Bundan başqa onun əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Konstitusiyanın tələbləri kobud şəkildə pozulub, məsuliyyətə cəlb olunması məqsədilə hüquqları kobud şəkildə pozulub, sübutlar qəsdən saxtalaşdırılıb. İş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunub, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilib. O, qanunsuz olaraq polis bölməsində saxlanılıb.

Hadisədən sonra pul kisəsi oğurlanan qadının pulqabısı “Ukrayna dairəsi”nin yaxınlığında JEK işçisi tərəfindən tapılıb. Zaurun üzərindən çıxan narkotikin kimə məxsus olmasının araşdırılması üçün materiallar prokurorluğa göndərilib.

Z.Qarayev barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb. Ona bəraət alması ilə əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man