Rusiyada avtomobil satışı 3 dəfə azalacaq - DİLLERLƏR ŞOKDADIR

20 Aprel 2022 | 16:38
OXUNUB: 600

 

Rusiyanın avtomobil dillerləri 2022-ci ildə ölkədə yeni avtomobillərin satışının iki-üç dəfə azalacağını gözləyirlər.

Avtosfer.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Avtomobil Dillerləri Assosiasiyasının (ROAD) prezidenti Vyaçeslav Zubarev bildirib.

"Son iki ildə bazarda maşın qıtlığı var idi və çox yüksək alış aktivliyi müşahidə edilirdi. Sanksiyalardan sonra hər şey bir anda dəyişib. Bu gün avtosalonlara gələn və ya zəng edib maşın sifariş edən müştərilərin sayı olduqca azdır”, - deyən Zubarev söyləyib ki, bu il yeni avtomobillərin satış dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə kiçiləcək:

"Azalmanın nə qədər olacağını öncədən proqnozlaşdırmaq mümkün deyil. Bazar hələ də ciddi şoklardan xilas ola bilməyib. Şokların təsiri getdikcə daha çox hiss olunur və yəqin ki, satışların ən azı 2-3 dəfə azalacağı ehtimalı güclüdür”.

Avropa Biznesləri Assosiasiyasının (AEB) məlumatına görə, 2022-ci ilin birinci rübündə Rusiyada yeni minik avtomobilləri və kiçik avtomobillərin satışı 28,4% azalaraq 277,3 min ədəd olub.

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man