Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir - FOTO

İctimai nəqliyyat 20 Aprel 2022 | 23:59
OXUNUB: 2318

2021/2022-ci tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir" və "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbir, 19 aprel 2022-ci il tarixdə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada keçirilib.

Tədbir, mövcüd pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə saxlanılmaqla keçirilib.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inpektoru, polis mayoru Anar Xalıqov, inspektoru polis kapitanı Səlim Səlimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktor əvəzi Taleə Babayeva, müəllimlər, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktor əvəzi Taleə Babayeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis əməkdaşlarına öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man