Bakıda 15 yaşlı oğlan anasını QƏTLƏ YETİRDİ - YENİLƏNİB

Gündəm 20 Aprel 2022 | 14:45
OXUNUB: 762

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib. 

Nəticədə oğul anasını qətlə yetirib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən qadının qətlə yetirilməsi Avtosfer.az-a təsdiqlənib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

13:25

Bakıda dəhşətli qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. 

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 

Hadisənin motivi hələlik məlum deyil. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man