Bakıda yolayrıcını keçən DYP əməkdaşı qaydaları dəfələrlə heçə saydı - FOTO

İctimai nəqliyyat 20 Aprel 2022 | 14:49
OXUNUB: 5270

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu barədə Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib. “Nərimanov rayonu, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin - red.) üstünə çıxıb, yanımda dayandı. 

Sonra yenə də qaydaları kobud şəkildə pozaraq, işıqforun qırmızı işığına əhəmiyyət verməyərək, Azadlıq prospektinə doğru sola dönüb, hərəkətini davam etdi. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları - red.) yandırmayaraq...

Məncə, DYP-nin yüksək rütbəli məmuru qaydaları qəsdən dörd dəfə pozdu. Əminəm ki, polis əməkdaşları həm yol hərəkəti qaydalarına, həm də örnək olmalı olduqları sadə vətəndaşlara belə etinasızlıq nümayiş etdirməməlidirlər.

Ümid edirəm ki, belə yüksək rütbəli DYP zabiti Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütləq cəzalandırılacaq və bu faktla bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man