Bakıda kommunal qurumların təmir apardığı küçədə sürücülər çətinliklə üzləşir. Oxuculardan biri bu barədə Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Onun sözlərinə görə, 1 həftə əvvəl paytaxtın Akim Abbasov küçəsində təmir işləri ilə bağlı asfalt örtüyünün müəyyən hissələrini qazıblar, lakin iş o vaxtdan dayandırılıb. Aparılan təmir işi ilə əlaqədar yor daraldığı üçün günün pik saatlarında tıxac yaranır.
Yoldan istifadə sürücülər bu problemin tez bir zamanda həll edilməsini xahiş edirlər.
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Avtosfer.az-a bildirib ki, həmin ərazidə görülən işlərin Azərsu-ya aidiyyatı yoxdur.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man