"Formula 1" rəsmisi: "Tıxaclara görə yerli sakinlərdən üzr istəyirik"

20 Aprel 2022 | 13:09
OXUNUB: 647

"Azərbaycan Qran-prisi üçün tribunaların tikintisi başlayıb. Bütün yerli azarkeşləri yarışlarda iştiraka dəvət edirik".

Avtosfer.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlamasında deyib.

O, builki yarışın "asfalt cəngavərləri" adlandığını söyləyib: "Bildiyiniz kimi cəngavərlər həmişə mübarizə aparırlar. Azərbaycan da həmişə mübarizə aparan ölkələrdən biridir. Bu il Azərbaycandakı yarışın əsrarəngiz olduğunu bütün dünyaya göstərmək istəyirik".

Butçer ötən həftədən beton bloklarının quraşdırılmasına başladıqlarını söyləyib: "Bundan əlavə, təhlükəsizlik hasarlarının quraşdırılması işlərinə start verilib. Bu işlərlə bağlı yollarda müəyyən tıxaclar əmələ gələ bilər. Buna görə yerli sakinlərdən üzr istəyirik. Amma yarış üçün tikinti işlərini aparmalıyıq".

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man