Bu avtobus zolağında dayanma-durmaya görə cərimə yazılmayacaq - RƏSMİ AÇIQLAMA - VİDEO

Nəqliyyat TV 20 Aprel 2022 | 11:34
OXUNUB: 7098

Bakıda sürücülərin kütləvi şəkildə cərimələndiyi prospektdə hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, paytaxtın Qara Qarayev prospektində (Neftçilər metrostansiyasının yanında, “LC Wikiki” mağazasının qarşısında) avtobus zolağında dayanan sürücülər Bakı Nəqliyyat Agentliyi tərəfindən məsuliyyətə cəlb edilirdi. Cərimələn sürücülərin narazılığı BNA tərəfindən müsbət qarşılanaraq hərəkətin təşkilinə dəyişiklik edilib. Belə ki, avtomobillərin rahat parklanması üçün cib tipli yerlər təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Avtosfer.az-a açıqlamasında bildirib: “Orada cip tipli parklanma yeri təşkil edilib. Sürücülər avtomobilləri səkiyə paralel park edərsə o zaman avtobuslar da öz zolağı ilə rahat, maneəsiz hərəkət edə bilər. Parklanma nişanının altında parklanma qaydasını göstərən əlavə məlumat lövhəciyi də var. Sözügedən yerdə düzgün şəkildə parklanma edən sürücülər bundan sonra cərimələnməyəcək”.

 

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man