Bu şəxslərə pensiya yox, müavinət veriləcək

Gündəm 19 Aprel 2022 | 23:13
OXUNUB: 1811

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilib.

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sözügedən layihənin müzakirəsində deyib. Bildirilib ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin olunması imkanı yaradılır. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı şöbə müdiri bildirib ki, məcəllənin 49-cu maddəsinin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man