Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin daha 30 gün müddətinə uzadılmasını təklif edib. Bu barədə Ukrayna Ali Radasına qanun layihəsi təqdim edilib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, bu haqda Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib. Sənəddə qeyd olunur ki, Ukraynada hərbi vəziyyət aprelin 25-dən 30 gün müddətinə uzadıla bilər. Qeyd edək ki, Ukraynada aparılan genişmiqyaslı hərbi əməliyyatlarla bağlı 2022-ci il fevralın 24-ü səhər saatlarından 30 gün müddətinə hərbi vəziyyət tətbiq edilib. Bu müddət daha bir ay uzadılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man