Yaşayış binasının damı və tavanı çöküb, döşəməsi çürüyüb, divarları isə çatlayıb - FOTO

19 Aprel 2022 | 20:36
OXUNUB: 1189

Kürdəmirdə yaşayış binası qəzalı vəziyyətə düşüb.

Avtosfer.az xəbər verir ki, binanın dam örtüyü və tavanı çöküb, döşəməsi çürüyüb və divarları çatlayıb. Bina ötən əsrin əvvəllərində qeyri-yaşayış binası kimi tikilsə də, 70 ilə yaxındır ki, burada 8 ailə və 70-ə yaxın sakin məskunlaşıb. Lakin son 10 ildə bina yararsız hala düşüb. Sakinlər "Report"un yerli bürosuna bildiriblər ki, bina hər an uçma təhlükəsi ilə üz-üzədir: "Bina acınacaqlı vəziyyətdədir. Gecələr evdə qorxudan gözümüzə yuxu getmir. Binanın dağıntılarının altında qalmaqdan qorxuruq. Çünki yaşamaq üçün yararsız olan bu bina başımıza uça bilər". Binada yaşayan digər sakin isə bildirib ki, hər dəfə yağış yağanda binanın ətrafı gölməçə olur: "Hər dəfə yağış yağanda binanın zirzəmisini su basır, ətrafı isə gölməçəyə çevrilir. Qış və payız aylarında evə girib-çıxa bilmirik. Hər tərəfi su basır. Bəzən evimizin içinə qədər su dolur". Binanın daha bir sakini isə bildirib ki, çürümüş döşəmənin arasında ilanlar və zəhərli böcəklər evə girir: "Dəfələrlə olub ki, yayda döşəmələrin arasından çıxaraq evə girən ilan və ya zəhərli böcəklər uşaqları sancıb. Yay olan kimi zirzəmilərdən su çəkilsə də, rütubət və üfunət çəkilmir. Buna görə də zəhərli ilanlar və böcəklər evlərə girirlər". Sakinlərin sözlərinə görə, onlar binadakı təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemlər aradan qaldırılmayıb. Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov "Report"un Yuxarı Şirvan bürosuna bildirib ki, binanın qəzalı olması ilə bağlı sakinlərdən şikayət ərizəsi daxil olub: "Həmin binanın sakinləri Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Sakinlərin müraciətinə əsasən tərəfimizdən yaşayış binasına baxış keçrilib. Binanın mövcud vəziyyəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat vermişik. Bizim verdiyimiz məlumat əsasında nazirliyin mütəxəsisləri tərəfindən binaya baxış keçirilib. Müəyyən araşdırmalar aparıldıqdan sonra binanın vəziyyəti haqqında yerində xüsusi akt tərtib edilib. Akta əsasən gələcəkdə hansı qərarın verilməsi də qurumdan asılıdır".(Report)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man