Vilayət Eyvazov kollegiya iclası keçirdi - Generallar məruzə etdi - VİDEO

İctimai nəqliyyat 19 Aprel 2022 | 17:19
OXUNUB: 837

Aprelin 19-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

Nazirlikdən Avtosfer.az-a bildirilib ki, cari ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb. Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.

 

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man