Amerkalı jurnalist Lindsi Snell müxtəlif üsullardan istifadə edərək Azərbaycan və Türkiyə hərbçilərindən məxfi məlumatlar toplamağa cəhd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “DHA” agentliyi yayıb.
Məlumata görə, Snell feysbuk, tvitter, instaqram kimi sosial şəbəkələr üzərindən hərbi personal ilə əlaqə qurub. Qadın jurnalistin bununla Türkiyənin hərbi əməliyyatları ilə bağlı məlumat toplamağa çalışdığı müəyyən edilib. Bununla yanaşı, Snell “Tinder” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı hərbçilərlə seksual xarakterli yazışmalar həyata keçirib, video və fotolar paylaşıb.
Həmçinin məlum olub ki, Snell sosial şəbəkə hesabları vasitəsilə xaricdə xidmətdə olan türkiyəli və azərbaycanlı hərbçiləri də hədəf alaraq onlardan məxfi məlumatlar toplamağa çalışıb.
Sözügedən jurnalist İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlər həyata keçirib. Belə ki, o, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə yazılar dərc edib.
Bildirilir ki, Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yolla girərkən saxlanılıb. O, elə həmin il hərbi baxımdan qadağan olan zonanı pozmaq və casusluq ittihamı ilə həbs olunub və bir neçə ay həbsxanada qaldıqdan sonra Türkiyədən deportasiya edilib.
“Qafqazinfo”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man