Belarus Qazaxıstana uçuşların sayını artıracaq

19 Aprel 2022 | 18:20
OXUNUB: 1093

Belarusun milli “Belavia” aviaşirkəti aprelin 29-dan Minskdən Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə uçuşların sayını artıracaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il aprelin 29-dan etibarən Belarusun “Belavia” aviaşirkəti Minskdən Nur-Sultan və Almatı şəhərlərinə beynəlxalq reyslərin sayını artırmağı planlaşdırır. Minsk – Nur-Sultan marşrutu üzrə uçuşların həftədə beşdən yeddiyə, Minsk - Almatı marşrutu üzrə həftədə üç reysdən yeddi reysədək artırılması planlaşdırılır.

Belə ki, ölkələr arasında həftədə 14 reys EMB 190, EMB 170, Boeing 737 tipli təyyarələrlə sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş qrafikə uyğun həyata keçiriləcək.

AZƏRTAC

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man