Aprelin 19-u saat 13 radələrində Quba rayonu, Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
15.04
Quba sakini keçmiş arvadını qətlə yetirib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.
Beləki, kənd sakini Xudamov İlham Əziz oğlu keçmiş həyat yoldaşı Xudamova Sara Şair qızını öldürüb. Daha sonra İ.Xudamov öz damarlarını kəsərək intihar edib.
Xatırladaq ki, İ.Xudamovla S.Xudamova bir müddət öncə boşanıblar və ayrıldıqdan sonra eyni evdə 3 övladları ilə birgə yaşayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man