ABŞ-ın ağır texnika istehsalçısı “Mack” şirkəti batareyalı “LR Electric” zibil daşıyan istehsal etməyə başlayıb. Yeni maşın 376 kilovat-saat tutumlu dartma akkumulyatoruna və 454 at gücünə malik ikimühərrikli elektrik stansiyasına malikdir, maksimal güc ehtiyatı 160 kilometrdir.
Elektrikli zibil maşınının qiyməti isə hər kəsi təəccübləndirib: “Mack LR Electirc” yarım milyon dollara başa gələcək. Bu isə təxminən 220 min dollara başa gələn “Ferrari Roma”dan iki dəfə bahadır.
Bununla belə, mütəxəssislərin hesablamalarına görə, “Mack LR Electric”in istismarı ilə dizel yanacağına ildə 40 min dollara (68 000 manat) qədər qənaət mümkündür.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man