Bakıda marketdən xeyli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man