Azərbaycanda məktəbli qız sinif yoldaşını bıçaqladı - FOTO

19 Aprel 2022 | 13:09
OXUNUB: 760

Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

N.M. məktəbdə sinif yoldaşı S.A.-ya iki bıçaq zərbəsi vurub.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən məktəblərin birində təhsil alan IX sinif şagirdinin müxtəlif dərəcəli bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin məktəbliyə sinif yoldaşı olan digər bir qız tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək”.

 

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man