Bu ilin sonuna qədər metronun “Xocasən”stansiyası istifadəyə veriləcək

19 Aprel 2022 | 13:58
OXUNUB: 634

2022-ci ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə  Avtosfer.az-a QSC-dən məlumat verilib.

“2016-cı il aprelin 19-u Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – “Bənövşəyi xətti”nin açılışı olub.

Bənövşəyi xətt iki stansiya ilə (“Avtovağzal” və “Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man