Qəzada yaralanan 6 nəfərin vəziyyəti necədir? - VİDEO

Gündəm 19 Aprel 2022 | 13:29
OXUNUB: 720

Ötən gün Bakıda baş vermiş qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb. 

Avtosfer.az-ın məlumatına görə, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində toqquşan “Mercedes” markalı avtomobillərdə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfər artıq evə buraxılıb. Belə ki, 2-si uşaq olmaqla bel və qarın nahiyələrindən xəsarət almış 3 nəfər xəstəxanadan evə yazılıb. Digərlərinin isə müalicəsi davam etdirilir. 

Sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş görüntülər yayılıb. Videoda qəza zamanı avtomobillərdən birinin aşdığı görünür.  

Xatırladaq ki, dünən 10 ND 561 və 90 GG 589 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. 

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza

 

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man