Ukraynanın MiQ-29 qırıcısı məhv edilib

19 Aprel 2022 | 14:09
OXUNUB: 622

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynada iki "Toçka-U" raketi və bir MiQ-29 qırıcısını məhv edib.

Avtosfer.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi birifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk vilayətinin Malinovka kəndi ərazisində havada Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub. Petropolya və Malaya Kamışevaxa yaşayış məntəqələri ərazisində iki “Toçka U” raketi vurulub”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkovun sözlərinə görə, bundan əlavə, Marinka, Kamenka, Semenovka və Siniçino yaşayış məntəqələri ərazilərində Ukraynanın dörd pilotsuz uçuş aparatı məhv edilib.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man