Avtomobili yolun əksinə sürdü - Polis həbs etdi

İctimai nəqliyyat 19 Aprel 2022 | 14:18
OXUNUB: 814

Aprelin 17-də saat 20 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumatda bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunub.  Avtomobili dayanacağa təmin etmək istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına maneə törədib. Polis əməkdaşları onu dəfələrlə qanuni tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu hərəkətlərini davam etdirib.
Onlar avtomobillə birgə Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriliblər. N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunub. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man