Bakı sakinini bıçaqla hədələyib pulunu alan 3 nəfər tutulub

19 Aprel 2022 | 11:49
OXUNUB: 683

Bakı sakini bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man