Dominikan Respublikasından Amsterdama uçan TİU aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kurasaoya təcili eniş edib.
APA-nın xəbərinə görə, buna pilot kabinəsinin şüşəsində çatlama səbəb olub. Oteldə boş yer olmadığı üçün üç yüzədək sərnişin gecəni adadakı boş xəstəxanada keçirməli olub.
Məsələ ilə bağlı açıqlamasında şirkət rəhbərliyi bildirib ki, Pasxa bayramına görə bütün otellər dolu olub. Buna görə də son çarə olaraq sərnişinlərin yarısı xəstəxanaya yerləşdirilib.
Nasazlıq aradan qaldırıldıqdan sonra hava gəmisi Avropaya yola düşəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man