Füzuli rayonunda 17 yaşlı gənc velosipedçini avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Füzuli-Xocavənd yolunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov İmaməli Raci oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin sonra Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Fakt araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man