Yaponiyanın cənub-qərbində Saqa prefekturasında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır yaralanıb.
Avtosfer.az xəbər verir ki, məlumatı “Kyodo” agentliyi yayıb.
Bildirilib ki, təyyarə prefekturanın dəniz sahillərində qəzaya uğrayıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub və yaralılar təxliyə olunub.
Hadisənin səbəblərini araşdırmaq üçün yerli polis fəaliyyətə başlayıb.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man