Amerikalı astronavt Skott Kelli Rusiyanın ona verdiyi "Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını geri qaytarmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Skott Kelli özünün 5.3 milyon izləyicisi olan rəsmi tviter hesabında paylaşıb.
Sözügedən medalı Kelliyə 2011-ci ildə Rusiyanın o dövrdəki Prezidenti Dmitri Medvedev təqdim edib.
"Cənab Medvedev, mənə təqdim etdiyiniz "Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını sizə qaytarıram. Xahiş edirəm, onu bu ədalətsiz müharibədə oğlu həlak olan rus anaya verin. Medalı poçt vasitəsilə Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərəcəm. Uğurlar”, - deyə Kelli qeyd edib.