Piyadaya “yol verilməməsi” nədir? – Hansı hallarda cərimə oluna bilərsiniz?

19 Aprel 2022 | 00:45
OXUNUB: 5895

İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsi piyadaya yol verilməməsindən bəhs edir. Belə ki, sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya, həmçinin yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir.
Bəs “yol verilməməsi” anlayışı burada necə başa düşülür?  Əgər piyada keçidə yeni daxil olubsa və avtomobilə çatana qədər sürücü mane olmadan keçidi keçə bilirsə yenə də dayanmalıdırmı? Yaxud üstünlük sürücülərin olduğu halda piyada keçidə daxil olarsa ona yol verilməlidirmi? 
 “Yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yəni sürücü keçidi keçən zaman piyadanın hərəkət sürətini və istiqamətini dəyişmirsə deməli ona mane olmur. Bu halda sürücü məsuliyyətə cəlb edilə bilməz.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man