Bakıda əməliyyat: "UBER"in sürücüsü narkotiklə tutuldu - VİDEO

İctimai nəqliyyat 18 Aprel 2022 | 13:49
OXUNUB: 15118

Bakıda polisin “Saxla” əmrinə tabe olmayan taksi sürücüsü saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə yol polisinin “Saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb:

"Yol polisi tərəfindən keçirilən tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Aparılan araşdırmalarla taksinin sürücüsü - Masallı rayon sakini Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2,268 qram narkotik maddə – heroin, 0,710 qram psixotrop maddə – metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri davam etdirilir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man